Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

5 donorla çarpaz qaraciyər köçürülməsi - DÜNYADA İLK

  • 2019.08.07 09:55
  • 5505 Baxış
5 donorla çarpaz qaraciyər köçürülməsi  - DÜNYADA İLK

Türkiyənin İnönü Üniversiti qara ciyər köçürülməsi üzrə dünyada ilk olacaq. 3,4 və 5 canlı Donor çarpaz qaraciyər transplantasiyasına hazırlaşır. Medicina.az xəbər verir ki, 26 ölkədən xəstələrə transplantasiya edən institutun, növbəti hədəfi heyvandan insana köçürmə etməkdir.

 

 

 Türkiyədə qanunlar çarpaz köçürülməyə icazə verir. Lakin bu prosses üçün yalnız ailələrin razılığı lazımdır. Universitetin Rektoru Prof. Dr. Ahmet Kızılay bildirib ki, sözgedən tətbiqetmə sayəsində, daha uğurlu işlər görüləcək.

 

 

"Bəzi xəstələrin donorları ilə qan qrupu uyuşmazlığı kimi faktorlar həmişə olur. Bu səbəbdən də uyğunlaşma təmin edilmir, qaraciyər köçürülməsi baş tutumurdu. Bu sayədə donor gözləyən xəstələr sağlamlığına tezliklə qovuşacaq.”

 

 

 Qaraciyər Transplantasiyası İnstitutunda 2500-dən çox qaraciyər köçürülməsi uğurla həyata keçirilib. 2019-cu ilin ilk 7 ayında 152 nəfər  sağlamlığına qovuşub. onu da deyək ki, xəstəxanada kök hüceyrə, sümük iliyi, kiçik bağırsaq köçürülməsi də edilir. heyvanlardan insalara orqan köçürülmə üzərində işlər isə davam edir.

 

Ayna Məmmədova Medicina.az
5 donorla çarpaz qaraciyər köçürülməsi  - DÜNYADA İLK