23 yaşlı Mahima Dkunya işdən evə qayıdarkən, ayağını sıxan ayaqqabısını çıxarıb, asfaltın üzərində ayaqyalın gəzib.
Bakupost.az xəbər verir ki, cəmi 5 dəqiqə ayaqyalın gəzəndən sonra dabanları yanıb.
Belə ki, 27 dərəcə isti havada asfalt örtük çox qaynar olub.
Dabanının ağrısından gəzə bilməyən qız həkimə müraciət etməli olub.
Həkimlər isti asfaltdan ayaqların ikinci dərəcəli yanıq xəsarəti aldığını təsdiqləyib.
Dabanlarda sulu yanıq qabarcıqları belə əmələ gəlmişdi.
Xəstəyə ilkin yardım göstərilib, yanıq yarası işlənilib. İndi qız hər gün həkimə sarğıya gedir. O, hələ də ayağını yerə basa bilməz.
Sosial şəbəkədə başına gələnləri paylaşan qız gəncləri yayda ayaqyalın gəzməkdən çəkinməyə çağırıb.
Aygün Musayeva
BakuPost