ABŞ sakini Yaya Tell övladını hələ dünayaya gətirəndə onun normadan çox böyük olduğunu görmüşdü. Uşaq 5 kiloya yaxın çəkidə doğulmuşdu.
“Medicina” xəbər verir ki, indi ana 5 aylıq oğlunu internetdə paylaşaraq, onun 13 kiloqramı keçdiyini bildirib.
“Oğlum körpə kimi görünmür, sanki 2 yaşı var”.
Sosial media istifadəçiləri uşağın görünüşündən təsirlənir, həm də oğlanın fiziki vəziyyətindən narahatdırlar.
Yaya bildirib ki, həkimlər uşağın sağlam olduğunu deyir. Uşağın atasının ailəsində bütün kişilər hündür və cüssəlidirlər.
Ananın üzləşdiyi yeganə çətinlik belində və qollarındakı ağrıdır. Onu qaldırmaq, yedirmək asan deyil.
Aygün Musayeva