Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

49 günə 120 insanı yoluxdurdu, özü xəstələnmədi – Koronavirus daşıyıcısı necə olur?

  • 2020.04.02 19:45
  • 3371 Baxış
49 günə 120 insanı  yoluxdurdu, özü xəstələnmədi  – Koronavirus daşıyıcısı necə olur?

Çinli alimlər koronavirusla bağlı daha bir maraqlı kliniki qeydi açıqlayıblar.

Belə ki, koronavirusa yoluxmuş pasiyent 49 gün ərzində yüzlərlə insanı yoluxduraraq, özündə heç bir simptom və ağırlaşma hiss etməmişdir. Tamam sağlam insan təsiri bağışlamışdır. Pasiyent özü də virusa yoluxmasından xəbərsiz olub.

Medicina.az xəbər verir ki, fevralın sonu həmin kişi pasiyent analiz üçün müraciət edib və nəticə müsbət çıxıb. Ondan sonrakı həftələr ərzində həmin pasiyent daha 3-4 dəfə test olunub, hamısında cavab müsbət çıxıb, deməli, virus hələ orqanizmdə olub.

Bununla yanaşı kişidə heç bir simptom görülməyib. Həkimlər bildirir ki,görünür immun sistem dinamik balans yaradıb. Xəstə özünü normal hiss etdiyindən işə gedib, bir neçə insanla ünsiyyətdə olub. Bununla da o, başqa insanları da yoluxdurub.

Alimlər virusun bədəndə ilk dəfə maksimum müddətdə aktiv qalmasını aşkarlayıb: 49 gün
Alimlər bir səbəb kimi virusun mutasiyaya uğramasında da görüblər. Hələ ki, virusun bu qədər müddət yaşamasını başqa dəlillərlə də sübut etmək lazımdır.