Yəməndə difteriya xəstəliyi sürətlə yayılmağa başlayıb.Virusun yayılması nəticəsində ölənlərin sayı artmaqdadır.
Medicina.az modern.az-a istinadən xəbər verir ki, Yəməndə son iki ayda 678 nəfərdə ölümcül xəstəlik aşkarlanıb. Xəstəliyə yoluxanlardan 48 nəfərin isə epidemiya səbəbiylə həyatını itirdiyi qeyd olunur.
Dünya Səhiyyə Təşkilatı epidemiyanın sürətlə yayıldığını bildirir.