4500 il əvvəl yaşamış insanın DNT-də "Hepatit B” virusunun izlərini aşkarlanıb.
Medicina.az xəbər verir ki, bu, Kopenhaqen universitetinin Eske Villerslevin başçılıq etdiyi tədqiqat qrupu tərəfindən məlum olunub.
Mütəxəssislər 2000-7000 il əvvəl yaşamış köçəri xalqlardan olan 137 insanın diş və gicgah sümüyündən DNT nümunələri götürüb.
İyirmi insanın qalıqlarında "Hepatit B” virusunun genomuna xas olan nuklein turşuların fraqmentləri ortaya çıxıb.
Araşdırma nəticələri göstərib ki, bu infeksiya bir neçə min il ərzində Avrasiyada kifayət qədər geniş yayılıb.
Qeyd edək ki, "Hepatit B” dünyada hər ilə 786 min nəfərin həyatına son qoyur.