Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

45 yaşdan sonra kişilərdə testosteronu qaldırmağın yolu

  • 2022.02.24 17:26
  • 2527 Baxış
45 yaşdan sonra kişilərdə testosteronu qaldırmağın yolu

25-30 yaşlarından artıq müasir kişilərdə bu hormonun miqdarı düşməyə doğru gedir.

40 yaşından sonra bu proses daha da sürətlənir.

Ona görə də kişilərin sağlamlığı ilə bağlı problemləri bu dönəmdən başlayır.

Medicina.az xəbər verir ki, testestoren azlığı kişilərdə təşviş, depressiya, apatiya, yorğunluq yaradır, onlarda sümüklər zəifləyir, bel, sümük ağrıları başlayır.

Potensiya zəifləyir, cinsi istək azalır, yuxusuzluq başlayır.

Rusiyalı androloq Andrey Popov kişilərə bu məsələdə məsləhət verib.


Testosteronu normaya gətirmək üçün ağır fiziki əmək və idmanı təxirə salmalı, şəkər, içki və siqareti azaltmalı, stresdən uzaqlaşmalı, açıq havada olmalı, balanslaşdırılmış qidalanmalı, bitki və heyvani yağ və zülalları normada qəbul etməli, axşam tez yatmalı.

MEDİCİNA.AZ