Tibb üzrə peşəkar dərgi Visual Journal of Emergency Medicine-də çıxan dərgidə kişilər və oral sekslə bağlı elmi məqalə dərc edilib.
Medicina.az xəbər verir ki, klinikaya 42 yaşlı kişi cinsi orqanında ağrı, infeksiya ilə daxil olur. Cinsi orqanın toxumaları qaralmağa başlamışdı. Kişi əvvəl etiraf etməsə də, intim əlaqə zamanı partnyorun onu dişlədiyini bildirib.
Cəmi 5 günün içində yara kəskinləşib, infeksiya düşüb, nekroz başlayıb.
Həkimlər cinsi orqanı amputasiyadan 2 aylıq güclü antibiotik müalicəsi ilə xilas edə bildilər.
Cinsi orqanda qanqrena sağalsa da, baş hissəsində deformasiya qaldı.
Əgər bu proses vaxtında aşkarlanıb qarşısı alınmasaydı, xəstə ölə də bilərdi.
Problem ondadır ki, oral seks zamanı zədələnən dəri və toxumaya diş və ağız boşluğunda olan çoxsaylı bakteriyalar keçir.
Ona görə mütəxəssislər oral sekslə diqqətli olmağı və ümumiyyətlə məşğul olmamağı tövsiyyə edir.