Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

42 yaşlı futbolçu koronavirusdan öldü

  • 2021.11.18 19:37
  • 1228 Baxış
42 yaşlı futbolçu koronavirusdan öldü

Rusiyanın “Krıliya Sovetov” komandasının 42 yaşlı futbolçusu Denis Kovba vəfat edib.

“Denis Kovba dünyasını dəyişdi. O, Rusiya çempionatında 221 oyun keçirib və “Krıliya Sovetov”un heyətində turnirin bürünc mükafatçısı olub. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - deyə komandanın mətbuat xidmətindən bildirilib.

Kovba 2012-ci ildə futbolçu karyerasını başa vurub. O, “Krıliya Sovetov”un tərkibində 2000-2009-cu illərdə, eləcə də 2010-2011-ci illərdə oynayıb. Kovba 252 matçda 8 qol vurub.

Koronavirusu ağır keçirən eks-futbolçunun reanimasiyaya yerləşdirilməsi noyabrın 11-də məlum olub.