Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

42 dərəcə isti olacaq

  • 2020.06.11 15:20
  • 1660 Baxış
42 dərəcə isti olacaq


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti havanın temperaturunun yüksələcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Medicina.az xəbər verir ki, iyunun 13 və 14-də havanın hərarəti yüksələcək.

Maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 40, Mərkəzi Aran rayonlarında isə 42 dərəcəyədək olacağı gözlənilir.

Tibbi-meteoroloji göstəriciyə görə, Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturunun bu həddə qədər yüksəlməsi meteohəssas insanlar üçün risklidir. Günorta saatlarında uzun müddət açıq havada olmaq məsləhət görülmür.

İyunun 11-i axşamdan 14-ü gündüzədək Azərbaycanın bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.