Gürcüstanda ötən sutkada koronavirusa 419 yeni yoluxma faktı təsdiqlənib, 307 nəfər sağalaraq evə buraxılıb, 6 pasiyent vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a yoluxanların sayı 279 446, sağalanların sayı 271 585, ölənlərin sayı isə 3 738 təşkil edir.
Karantin rejimində 271, stasionar nəzarətdə 1 563 nəfər saxlanılır. Son 24 saat ərzində yeni yoluxma hallarının aşkarlanması üçün 29 341 test aparılıb.