Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

41 gün ayılmadan yatan oğlanın qəribə xəstəliyi

  • 2020.02.13 17:39
  • 2181 Baxış
41 gün ayılmadan yatan oğlanın qəribə xəstəliyi

21 yaşlı oğlan 41 gün ərzində yataraq ayılmayıb və öz ad gününü də ötürüb.

Medicina.az xəbər verir ki, o nadir nevroloji sindromdan əziyyət çəkir.

Medicina.az xəbər verir ki, hipersomniya adlanan uzun müddət yuxuda olmaq bir çox sindromlarda baş verir.

Avstraliya sakini 21 yaşlı Harrinin xəstəliyi isə Kleyn-Levin sindromudur. Bunun el arasında adı “Yatmış gözəldir”.

Xəstələr bir neçə gündən bir neçə aya kimi davam edə bilən yuxu epizodlarına düşə bilir.

Sindromdan uşaqlar və yeniyetmələr daha çox əziyyət çəkir.

Budəfəki yuxuya getmə Harrinin həyatında ən uzun müddət olub, o 41 gün yatıb.

Uzun günlər yatdığı dövrdə o, bir dəfə ad gününü, bir dəfə də Yeni il bayramını yuxuda keçirib.

Harri deyir ki, yuxunun gəldiyi gündə o özünü zombi kimi hiss edir, nə etdiyini unudur.