Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

400 milyon manat xərcləmişik- Zaur Əliyev

  • 2023.12.20 14:19
  • 968 Baxış
400 milyon manat xərcləmişik -  Zaur Əliyev

“TƏBİB-in idarə etdiyi tibb müəssisələrinin rəqabətədavamlılığı əhəmiyyətli dərəcədə artırılmalı, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə çalışılmalıdır”.


"Medicina" xəbər verir ki, TƏBİB-in 5 illik fəaliyyətinə həsr olunan tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.


“Ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanandan bu günədək agentlik tərəfindən dövlət tibb müəssisələri üçün 400 milyon manatdan çox məbləğdə yeni cihaz, avadanlıq, müxtəlif dərman vasitələri, 349 sayda təcili tibbi yardım avtomobili alınıb.

Dövlət səhiyyə sisteminə aid tibb müəssisələrində idarəetmənin və tibbi xidmətlərin təkmilləşdirilməsi ilə bağlı görülən tədbirlərə göstərdiyimiz dəstək bundan sonra da davam edəcək”.