Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

40 yaşlıların vaksinasiyasına başlanılır - TARİX

  • 2021.03.19 16:21
  • 2489 Baxış
40 yaşlıların vaksinasiyasına başlanılır -  TARİX

“Bugünədək vətəndaşlara 500 min dozadan çox vaksin vurulub. Növbəti həftənin 1-ci günündən 40 yaş üzərində olan vətəndaşlarımız vaksinasiyaya cəlb olunacaq. Vətəndaşlarımızı buna qoşulmağa çağırıram”.

Medicina.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, son günlərdə bir çox vətəndaşlarımız tərəfindən sərtləşmənin olacağı ilə bağlı fikirlər səsləndirildi: “Operativ Qərargahın buna gedib-getməməyi isə özümüzdən asılıdır”.