Türkiyədə özəl xəstəxanalardan birinə qarın ağrısı şikayətləri ilə müraciət edən 40 yaşlı qadının bağırsağından 2 kq aç kütləsi çıxarılıb.
"Medicina" xəbər verir ki, aylardır ürəkbulanma şikayəti ilə sığorta ilə dövlət xəstəxanalarına müraciət edən qadına başqa diaqnozlar qoyularaq dərman müalicələri edilib.
Rentgen və KT zamanı xəstədə yad kütlə aşkarlanıb.
Əməliyyat edilən xəstənin mədə və nazik bağırsağından 2 kq-lıq, uzunluğu 13 sm olan saç kütləsi çıxarılıb.
Qadın illərlə saçının uclarını çeynəmək vərdişinə malik idi.
Həkim Seçkin Ak Küçük bildirib ki, bu saç yemək vərdişləri olan, psixoloji pozğunluqdur. Buna tibdə Rapunzel sindromu da deyirlər.
Mədədə olan kütlə vaxtında çıxarılmasa qanama verir.
Aygün Musayeva