Həkim -mammoloq Fatima Tamayeva müsahibəsində bildirib ki, 40 yaşından sonra qadınlarda fibrolipomalar aşkar etmək olar.
Həkim qeyd etdi ki, 40 yaşından sonra qadınlar döş qəfəsində xərçəngin yaranmasına daha meyilli olurlar. Bu dəyişikliklər əsas menepauza dövrünün yaxınlaşdığını xəbər verir.
“Medicina” xəbər verir ki, döş xəstəlikləri qadınlarda hər yaşda olur. Əsasən 40 ildən sonra süd vəzisində neoplazmaların yaranma ehtimalı daha yüksəkdir.
Əksər hallarda bu formasiyalar xoşxassəli şişlər olur. Belə şişlər uzun müddət asimptomatik olaraq inkişaf etməyə meyllidirlər, lakin böyüdükdə və artdıqda, döş toxumasını deformasiya edə və ya ağrı ilə müşayət oluna bilər.
Digər tərəfdən 40+ yaşlı qadınlarda döşdə yarpaqşəkilli şişlərin riski artır. Onların inkişafı da süd vəzilərində ağrı ilə müşayiət olunur, bundan əlavə, epidermisin incəlməsi. Belə şişlər bədxassəli şişlərə az halda da olasa çevrilə bilər.
Hər hansı bir mammoloji patologiyanın inkişafının qarşısını almaq üçün mütəmadi olaraq müayinədən keçmək vacibdir. Hər il mammoqrafiya etmək, mütəmadi olaraq süd vəzilərinin özünün müayinəsi mütləq şəkildə yoxlanmalıdır.
Günay