Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

40 yaşından sonra qadınlar bu 3 içkini içməlidir

  • 2019.01.05 19:47
  • 151216 Baxış
40 yaşından sonra qadınlar bu 3 içkini içməlidir

40 yaşından sonra qadınlarda baş verən endokrin pozğunluqlar və hormonal dəyişikliklər artır. Ona görə hormonları tənzimləmək üçün bu 3 içkini hazırlayıb həftədə 2-3 dəfə içməyi məsləhət görülür. 


Medicina.az onları təqdim edir:


1.Limonlu su


Xeyr, onu təkcə arıqlamaq üçün içmirlər. İlıq suda limon şirəsi həll edib içmək leptin hormonunu qaydaya salır. Bu da qadınlarda müəyyən bölgələrə piy yığılmasının qarşısını alır. Səhər və axşam 1 stəkan qəbul edin. 


2.Moruq yarpaqları dəmləməsi


Qadın reproduktiv sistemi aktivləşdirir, tənzimləyir, gündə 2 fincan belə çay içmək bütün hormonal fonu və ümumi sağlamlığı qaydaya salır, hamilə qalmaq və normal hamiləlik üçün kömək edir, bir sıra ginekoloji xəstəlikləri müalicə edir. Moruq qadın bitkisidir.


3.Südlə sarıkök


Şərqdə buna qızıl süd də deyirlər. İmmunititet, hormonal fon üçün çox təsirlidir. Nevrozla mübarizə aparır, yuxunu yaxşılaşdırır ki, bu da qadının gənc qalması üçün lazımdır. 200 ml isti südə yarım çay qaşığı təmiz sarıkök qatıb için. Əsasən gecə yatmazdan əvvəl qəbul edin.