Həftədə 3 dəfə göbələk yemək, kişilərdə prostat xərçəngi riskini 3 dəfə azaldır.
Medicina.az xəbər verir ki, bu barədə yapon alimləri apardıqları araşdırmanın nəticəsi olaraq elan edib.
Göbələkdə olan kimyəvi birləşmə digidrotestosteron adlı kişi hormonuna təsir edib onun qalxmasını əngəlləyir ki,hansı ki, bu hormon prostat xərçəngini çoxaldır.
Məlumdur ki, bir çox göbələklər iltihab əleyhinə və antioksidant təsir edir.
Alimlər 36 min 40-70 arası kişilər arasında araşdırma aparıb. 13 il davam edən müşahidələr zamanı məlum olub ki, həftədə 1-2 dəfə göbələk yeyənlərə prostat xərçəngi riski 8%, 3-4 dəfə yeyənlərdə isə 17% azalır.
50 yaşdan yuxarı rasionda meyvə, tərəvəz, göbələk olan kişilərdə müsbət effekt daha çox olmuşdur.
Ona görə də 40 yaşından sonra tez-tez göbələk yeməyi vərdiş edin.