Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

40 yaşından sonra hər gün alma yeyin

  • 2023.06.05 18:06
  • 2008 Baxış
40 yaşından sonra hər gün alma yeyin
Yeni elmi araşdırmaya görə, almanın tərkibində 40 yaşdan yuxarı insanlar üçün vacib olan kversetin var.


“Medicina” xəbər verir ki, Harvard Universitetinin alimləri alma yeməyin yaşla bağlı zəifliyin qarşısını aldığını sübut edib.


Avstraliyanın Flinders Universiteti tərəfindən aparılan bir araşdırmada 40-49 yaş arasında olan insanların 45 faizində zəifliyin müəyyən formada olduğu müəyyən edilib. Onlarda tarazlıq, əzalarda güc çatışmazlığı, ağciyər funksiyasının pozulması olub.


Bu yaşdan sonra yıxılma, sınıqlar, əlillik, xəstəxanaya yerləşdirmə, ağır fiziki və əqli qüsurlar, ölüm riski ilə nəticələnən geriatrik sindrom başlaya bilər.


Harvard mütəxəssisləri bildiriblər ki, hər gün alma yemək bunların qarşısını ala bilər.

1700-dən çox qadın və kişi (orta yaş 58,4 il) üzərində aparılan 12 illik araşdırma, gündə 10 milliqram kversetin qəbul etməklə zəifliyin 20 azaldığını müəyyən edib.


Tədqiqatçılar qeyd ediblər ki, kversetin güclü flavanoiddir. Flavonoidlər ürək-damar xəstəliklərinin yaranmasının qarşısını alan və bununla da ömrü uzadan birləşmələrdir. Böyürtkən, qaragilə və kələm də kversetinlə zəngindir.

Günay Quluzadə