Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

40 yaşından sonra dəriyə qulluqda yol verilən səhvlər

  • 2023.06.08 16:37
  • 1589 Baxış
40 yaşından sonra dəriyə qulluqda  yol verilən səhvlər
Hər yaş dövrünün özünəməxsus qulluq formaları var. Əsasən də 40 yaşdan sonra dəriyə qulluğa daha ciddi yanaşılmalıdır.


“Medicina” xəbər verir ki, həkim – kosmetoloq Yelena Qromkayanın sözlərinə görə, yaşlanmanın mümkün qədər gec başlaması üçün bir sıra yollar var. Əsas məsələ vaxtında başlamaq və tənbəllik etməməkdir.


Əsasən 35 yaşdan sonra 90% qadının yol verdiyi səhvlər:


1. Yaşlanma əleyhinə qulluqun olmaması. 30 yaşdan sonra vitaminlər, antioksidantlar və peptidlərdən ibarət kremlər istifadə edilməlidir.


2. Günəşin təsiri. Kosmetoloqların və dermatoloqların əsas tələbi Günəş kremindən istifadədir. Ultrabənövşəyi şüalar quruluğun, qırışların, piqmentasiyanın yaranmasına səbəb olur. Şəhərdə SPF 15-30, dənizdə SPF 50 günəş kremindən istifadə edin.

3. Kosmetik prosedurlardan imtina etmək. Müasir kosmetologiya sizə biorevitalizasiya, mezoterapiya, pilinq, lazer prosedurlar təklif edə bilər. Onlar dərini təravətləndirməyə, cavanlaşdırmağa, qırışları azaltmağa, ləkələrdən qurtulmağa və ümumiyyətlə, dərinin vəziyyətini yaxşılaşdırmağa kömək edəcək.

4. Yuxusuzluq. Təcrübələrə əsasən xroniki yuxsuzluqla bərabər, hətta bir gecə yuxsuz qalmaq üz dərisinə mənfi təsir göstərir. 40 yaşdan sonra iş və istirahət rejiminə riayət etmək zərurətə çevrilir.

5. Balanssız pəhrizlər. Həddindən artıq ciddi pəhriz saxlamaq sağlamlığınıza ziyan verəcək. Buna görə boyat qidalar, xəmir qidalar, şirniyyatların miqdarı azaldılmalı, daha sağlam, faydalı qidalar seçilməlidir.

Günay Quluzadə