Prostat riski kişilərdə təxminən 40 yaşında görülür. Prostat xərçəngi prostat vəzidəki hüceyrələrin anormal böyüməsi ilə başlayır.
Medicina.az xəbər verir ki, bunu Uzman həkim Xədicə Başaran bldirib.
"Xərçəng hüceyrələri böyüyür və bir şiş meydana gətirən sürətli bir tempdə bölünür. Zamanla xərçəng hüceyrələri yaxın və uzaq toxumalara və orqanlara yayıla bilər.
Ümumiyyətlə prostat vəzi xərçənginə hər kişinin xüsusilə 40 yaşından sonra qarşılaşma ehtimalı çox yüksək olsa belə, risk 90 yaşa qədər davam edir. Prostat vəzi xərçəngi genetik meyllilik ehtiva edən, lakin heç bir genetik meyl olmadan da baş vermə bilən bir xərçəng növüdür.
Genetik olduqda döş xərçəngində də olduğu kimi genetik mutasiyalarla qarşımıza çıxır. Ailədə bir insanın atasında, əmisində və ya babasında prostat xərçəngi varsa, o, yüksək risk qrupuna aid edilir. Həmin şəxslərin 40 yaşından etibarən müayinədən keçmələri tövsiyə olunur.
Prostat vəzi xərçənginin uğurlu müalicəsi xəstəliyin vaxtında, erkən mərhələdə aşkarlanmasından asılıdır". /aztibb.az/