40 yaşdan sonra kişilərin orqanizmində sintez olunan hormonlar azalır və buna bağlı olaraq bir sıra dəyişikliklər meydana çıxır. Bu əskikliyi aradan qaldırmağın ən yaxşı yolu qidalarla tənzimləməkdir.
Medicina.az sizə həm metobolizmi sürətləndirən həm də cinsi həyatı dəstəkləyən 5 qidanı təqdim edir:
Yaşıl çay
Yaşıl çay, kişilərdə hormonları tənzimləyən ən yaxşı vasitəsir. Əsasən də metobolizmin yaxşı işləməsi və çəki atmağı təmin edir. Yaşıl çayın tərkibində olan antioksidantlar sayəsində piylər əriyir. Beyin və ürək sağlamlığını dəstəkləyir. Bu səbəbdən 40 yaşdan yuxarı kişilər mütləq yaşıl çaydan istifadə etməlidirlər.
Pomidor
40 yaşdan yuxarı kişilərin mütəmadi olaraq istifadə etməli olduqları tərəvəzlərdən biri də pomidordur. Əsasən də pomidor sousu, tomat pastası şəklində istifadə edilən pomidorun tərkibində bol miqdarda antioksidantlar və likopen maddəsi mövcuddur. Araşdırmalara görə, prostat sağlamlığı üçün likopen maddəsi çox əhəmiyyətlidir.
Yaşıl yarpaqlı tərəvəzlər
Yaşıl yarpaqlı tərəvəzləri hər bir kəs istifadə etməlidir. Amma 40 yaşdan yuxarı kişilər bu tərəvəzlərdən daha çox istifadə etməlidirlər. Yaşıl rəngli tərəvəzlər beyin, ürək, həzm sistemi, sümüklər və cinsi sağlamlıq üçün çox əhəmiyyətlidir. Bu tərəvəzlərin tərkibində kalsium çoxdur və sümüklərin sağlamlığı üçün çox əhəmiyyətlidir.
Balıq
Omeqa-3 yağ turşuları cəhətdən yüksək olan balıqlar, hər bir kişinin qida rasionunda yer almalıdır. Əsasən də yağlı balıqlar kişilərin betyin, ürək və prostat sağlamlığı üçün çox böyük əhəmiyyət daşıyır. Araşdırmaya görə, balığı tərkibində olan maddələrin prostat xərçənginin qarşısını aldığı məlum olub. Tərkibində olan sink elementi prostat sağlamlığı üçün əhəmiyyətli hesab edilir.
Sağlam yağlar
Balıqlardan əlavə kişi orqanizminin bitki mənşəli yağlara da ehtiyacı var. Əsasən də fındıq, avakado, zeytun kimi meyvələr çox faydalıdır. Onların tərkibində olan yağlar prostatla yanaşı orqanizmi iltihabdan da qoruyur.