Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

40 yaşdan yuxarı insanlar nə yeməlidir?

  • 2023.05.10 15:25
  • 1709 Baxış
40 yaşdan yuxarı insanlar nə yeməlidir?
Mütəxəssislərin araşdırmasına görə, iş və ailə həyatı arasında qalan insanlar 40 yaşdan sonra çox vaxt stresli həyat dövrünə qədəm qoyur. Bu da sağlam həyat tərzi və normal qidalanmanı arxa plana keçirir.

“Medicina” xəbər veirir ki, diyetoloq Vasilisa Ponomarevanın sözlərinə görə, yemək vaxtının ötməsi bəzən adi hal kimi görünsə də, sağlamlığa ziyandır. Bu hər gün davam edərsə, qan şəkəri balansının pozulması, kilo almaqla yanaşı, əhvalın pisləşməsinə gətirib çıxaracaq. Hətta erkəm ölüm riskini də artıracaq.

“Az miqdarda protein qəbulu - əzələlərinizin tikinti materialı hesab edilən zülal əldə etmək, əzələ kütləsini saxlamaq üçün vacibdir. Zülal çatışmazlığı əzələlərin tükənməsinə səbəb ola bilər ki, bu da gündəlik fəaliyyətləri yerinə yetirməyi çətinləşdirir, uzun müddətdə yıxılma və sınıq riskini artırır.

Lif çatışmazlığı - lif sağlam həzm sistemini qorumaq, qan şəkərinin səviyyəsini tənzimləmək, özünü tox hiss etmək üçün lazımdır. 40 yaşlarındaçox insanlar kifayət qədər lif qəbul etmir. Bu da qəbizliyə, çəki artımına, ürək xəstəliyi və diabet kimi xroniki xəstəliklər riskinin artmasına səbəb olur.

Emal edilmiş qidalar - stress və vaxt çatışmazlığı sizi hazır yeməklərə can atmağa vadar edə bilər.

Emal edilmiş hazır qidaların tərkibində qeyri-sağlam yağlar, natrium və əlavə şəkərlər yüksək olur. Belə qidalanma çəki artımına, iltihaba və xroniki xəstəliklərə səbəb ola bilər”.

Günay Quliyeva