Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

40 yaşdan yuxarı hər kəs içsin - Sağlamlıq eliksiri

  • 2021.08.03 18:44
  • 6098 Baxış
40 yaşdan yuxarı hər kəs içsin   -  Sağlamlıq eliksiri


40 yaşından sonra çox insanlar yorğunluq, halsızlıq, mütəmadi baş ağrıları, təzyiq problemləri ilə rastlaşır. Ürək və damar tutulmaları da bu yaşdan sonra üzə çıxır. Bunlar damarların tıxanmasında və xolesterin qalıqlarından qaynaqlanır. Qan damarları normal vəziyyətdə olmayan insanın bütün sistemləri sıradan çıxır.

Medicina.az məhz bu yaşdan sonra hər bir kəsin içməli olduğu xüsusi resepti təqdim edir. O, sizin damarlarınızı və qanınızı təmizləyəcək.

Lazımdır:

Kaqor şərabı – 200 ml

Kök şirəsi – 200 ml

Ağ turp şirəsi – 200 ml

Limon şirəsi – 200 ml

Çuğundur şirəsi – 200 ml

Su – 200 ml

Sarımsaq – 15 diş

Təbii bal – 200 ml


Hazırlanması:

Kök, turp, limon, çuğundurun şirəsi sıxılır.

Hamısı bir qabda qarışdırılır.

Bura qırmızı kaqor və bal qatılır və bankada soyuduya qoyulur. Hər gün 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 2 xörək qaşığı qəbul edilir.

Bir kurs 45 gündür. Hazırladığınız qarışım bu müddətə bəs edəcək.


İldə 2-3 dəfə bu kursu qəbul edənin baş ağrıları keçir, təzyiqi düzəlir. Orqanizmdən duz və toksinlər atılır.