40 yaşından sora qadının orqanizmində özünəməxsus dəyişikliklər baş verir. Adətən bütün bunlarla yanaşı menepauza dövrü başlayır .
“Medicina” xəbər verir ki, diyetoloq Yelena Solomotina estrogen hormonunun azalması müşahidə olunduğu üçün bunu əvəz edən qidalara keçməyin vacibliyini bildirib.
Estrogen qadınları ürək xəstəliklərindən,əzələ və sümük əriməsindən qoruyur. Onun konsentrasiyasının azalması infarkt, osteoporoz, xarici yaşlanma və çəki artımı riski ilə əlaqələndirilir.
Mərcmək 40 yaşdan yuxarı qadınlar üçün xüsusilə faydalıdır. Bu məhsul hormon səviyyəsini saxlamağa kömək edir. Mərcməkdə qadın cinsi hormonları olan estrogenlərin əvəzedicisi olan fitoestorogenlər var.
Bundan əlavə, mərcmək ürəyə dəstək verən maqneziumla zəngindir. Onun digər komponeneti kalsium – güclü sümüklər və inkşaf etmiş əzələlər üçün vacibdir.
Menopauza başlayanda qadın daha əsəbi, həssas olur. Mərci qəbulu bu prosesləri düzəldir.
Həkim onu da əlavə etdi ki, mərcməkdə olan antioksidant maddələr həm də xərçəngin inkşafına səbəb olan iltihablı proseslərin və hüceyrə deformasiyalarının qarşısını alır.
Günay