İnsanın 20-25 yaşı olanda ona elə gəlir ki, cavanlıq və seksual aktivlik 40 yaşdan sonra bitir. Ancaq bu yaş dövründə belə cinsi fəaliyyət gənc yaşda bilinməyən yüksəkliyə çata bilər.
“Medicina” xəbər verir ki, mama-ginekoloq Eliso Cobavanın sözlərinə görə, 35-40 yaşdan sonra qadın orqanizmində ardıcıl dəyişikliklər zənciri başlayır
Bu mərhələli proses zamanı qadın cinsi hormonlarının istehsalı azalır, bu da xarakterik simptomlar yaradır.
Bu zaman uşağa qalmaq ehtimalı azalır və menustral tsiklin müddəti də əvvəlki kimi olmur. Estrogen istehsalının azalması səbəbindən selikli qişaların quruluğu əmələ gəlir, vaginanın divarları incələşdikdə hisslərə təsir göstərir.
Bəzi fitoestrogenlərin qəbulunun cinsi performansı yaxşılaşdırdığına, libidonu artırdığına, menopauza əlamətlərini aradan qaldırdığına və hətta xərçəng riskini azaltdığına dair sübutlar var. Fitoestrogenlər, uyğun olmadıqda, hormon əvəzedici terapiyaya alternativdir.
40-50 yaşlı kişilərdə ereksiya ilə bağlı problemlər ola bilər və onu bərpa etmək üçün aktiv hərəkətlər tələb olunur: idman, güc məşqlərinin daxil edilməsi, dəniz məhsulları və müntəzəm cinsi əlaqə.
Bu yaşdan sonra kişilərdə orqazm hətta orta ereksiya ilə də mümkündür və onun keyfiyyəti dəyişmir.
35-40 yaşdan sonra qadınlar özlərini daha rahat, təcrübəli hiss edirlər. Yaşla cinsi məmnunluq da artır. 45 yaşından sonra qadınlar cinsi həyəcan, canlı orqazm yaşamağa davam edir. Ona görə aktiv cinsi həyata biganə olmamaq lazımdır.
Günay Quluzadə