İsveçdə aparılan araşdırma xərçəng hallarının 40 faizinin artıq çəki ilə əlaqəli olduğunu üzə çıxarıb.
Medicina.az xəbər verir ki, araşdırma çərçivəsində 4,1 milyon nəfərin tibbi keçmişi və sağlamlıq vəziyyəti təhlil edilib.
İsveçin Malmö şəhərindəki Lund Universitetinin alimlərinin təxminən 40 ildir apardıqları tədqiqat nəhayət yekunlaşıb. Araşdırma piylənmənin artan təhlükəsini bir daha vurğulayıb. Elm adamları artıq çəki ilə əlaqəli xərçənglərin sayının getdikcə artdığını sübuta yetiriblər.
Tədqiqatda 32 xərçəng növünün artıq çəki ilə əlaqəli olduğu müəyyən edilib. Bunlardan ən çox yayılanlar isə döş, bağırsaq, uşaqlıq boynu və böyrək xərçəngidir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada 1 milyarddan çox insan piylənmədən əziyyət çəkir. Uşaq və yeniyetmələrdə piylənmə halları 1990-2022-ci illər arasında 4 dəfə artıb.
Aysel