Bu reseptin 40 dan çox yaşı var.
Hələ 80- cı illərdə bütün kosmetoloqlar bu maskadan istifadə edirdi. Bu maska dərini çox əla dartır və qırışların qarşısını almağa kömək edir.
“Medicina” xəbər verir ki, bu maskanın hazırlanmasında bir yumurta sarısı, bir çay qaşıqı aloe vera yağı, 5 damcı qliserin qarışdıraraq, bir xörək qaşığı nişasta da əlavə edilir.
Beş qat üzünüzə çəkin. Hər qatı çəkdikdən sonra bir dəqiqə ara veririk ki, üzdə qurusun. Maskanı üzünüzdə 20 dəqiqqə üzünüzdə saxlayın.
Çalışın mimik hərəkətlər etməyəsiniz. Düz, horizontal şəkildə uzansanız daha yaxşı olar. Danışmamağa çalışın.
Maska üzünüzdə quruyacaq, ona görə maskanı silməmişdən öncə üzü islatmaq lazımdır. Nəm salfet, yaxud nəm dəsmalla dairəvi şəkildə maskanı silmək lazımdır. Silməyə tələsməyin. Üz dərisinə ziyan verə bilərsiniz.
Aynurə Məmmədova