4 yaşlı körpə Yusif Hümmətov ağır xəstəlikdən, Beta talassemiyadan əziyyət çəkir.
Aydan-aya körpəyə qan köçürülür, ilik çatışmazlığı var.
Anası Günay Hümmətova qeyd edir ki, Yusif böyüdükcə bədən daha çox qan tələb edir və buna görə də ayda bir dəfə deyil, iki dəfə qan köçürülməli olur:
“Hər ay qan köçürüldükcə uşaqda dəmir artır, dalaq, ciyər böyüyür, bədən deformasiyaya uğrayır.
Buna görə də təcili ilik köçürülməlidir. Yusif dünyaya gələndən bu günə kimi bütün imkanlarımızdan istifadə etmişik. Artıq maddi
baxımdan əziyyət çəkirik, tükənmişik. Onun həyatını xilas etmək üçün Türkiyədə əməliyyat olunmasına ehtiyac var.
Əməliyyat xərcləri 50 min dollardır. Hər kəsdən xahiş edirəm, Yusifin yaşamasına dəstək olaq”.
Balaca Yusifin sağlamlığına qovuşması üçün yardım etmək istəyənlər aşağıdakı bank hesabına vəsait köçürməklə ailəyə dəstək ola bilərlər.