Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

4 yaşlı Muradın başağrısına fikir vermədilər, beynində şiş tapıldı - VİDEO

  • 2017.11.01 20:00
  • 23183 Baxış
4 yaşlı Muradın başağrısına fikir vermədilər, beynində şiş tapıldı -  VİDEO
4 yaşlı Muradın baş ağrıları beyin şişinin əlaməti imiş


Azərbaycanda 4 yaşlı uşağın başağrısından şikayəti həm valideynləri, həm də bağça müəllimləri tərəfindən qeyri-ciddi qarşılansa da, sonradan çox ciddi fəsadı ortaya çıxıb.


Medicina.az xəbər verir ki, pediatrı belə uşağın kapriz etdiyini düşünüb. Onun başını MRT etdirmək isə heç kimin ağlına gəlməyib. 


Bir gün gecəyarı qıcolmalarla huşu itən uşaq təcili klinikaya aparılıb. MRT çəkiləndən sonra məlum olub ki, uşağın beynində kavernoma var və artıq qanama baş verib. 


Azərbaycanda belə bir əməliyyatın mümkün olmadığını eşidən valideynlər xaricə üz tutmaq ərəfəsində ikən uzman doktor cərrah Tural Rəhimlinin yanına yollanıblar. Bir neçə xəstəxana gəzdirilən uşaq huşsuz vəziyyətdə, beyinin ciddi qanaması ilə əməliyyata alınıb. Olduqca riskli əməliyyatla kavernoma götürülüb, uşaq qısa müddətə reabilitasiya olub. Danışmasında və hərəkətlərində fəsad qalmayıb. 


Adi bir başağrısının beyin əməliyyatına gətirib çıxaracağını düşünməyən valideynlər övladlarına ikinci həyatı bəxş edən həkimin adını üçüncü övladlarında yaşatmaq qərarına gələrək, üçüncü uşağın adını Tural qoyublar.