Ürək xəstəlikləri cərrahiyyəsində son 15 ildə bir çox texnoloji yeniliklər icad edilib. Artıq klassik açıq əməliyyatlara alternative minimal invaziv əməliyyatlar icra edilir. Xəstələrə az travma yetirilir. Son illərdə Amerika və Avropada tətbiq edilən robotik cərrahiyyə Türkiyədə uğurla icra olunur.
Medicina.az xəbər verir ki, LİV hospitalın ürək və damar əməliyyatlar klinikasında robotik baypass ilə qolun altından açılan 3 dəlikdən və ya qabırğa sümüyü nahiyəsindən 4 sm-lik kəsik ilə ürəyi dayandırmadan əməliyyatlar olunur.
Bir kəsikdən daxil edilən robot 8 dəfə böyüdülmüş görüntü ilə ürəyi və damarları daha aydın görməyə imkan verir.
Robotla koronar arteriya bypass, mitral qapaq, ürək, aritmiya əməliyyatları edilir.
Koronar arteriya əməliyyatında ürək fəaliyyəti dayandırılmır.
Belə əməliyyatdan sonra xəstədə dərin iz, kəsik olmur, qısa müddətdə sağalır, daha tez normal həyatına qayıdır. İnfeksiya və qanama təhlükəsi sıfıra bərabər olur.
Əməliyyatlar və müalicə üçün Bakı şöbəsi ilə əlaqə: +90 531 943 96 85