Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

4 şagird müəmmalı şəkildə öldü - Həkimlər diqanoz qoya bilmir

  • 2017.12.06 14:12
  • 18852 Baxış
4 şagird müəmmalı şəkildə öldü -  Həkimlər diqanoz qoya bilmir
Afrika ölkəsi olan Qanada 4 şagird müəmmalı şəkildə həyatını itirib.


Medicina.az xəbər verir ki, həkimlər məktəblilərin nədən öldüyünü təsbit edə bilmədiklərini  bildiriblər.

Aşantinin rəhbəri Simon Osei Mensah mart ayından bəri 11 şagirdin öldüyünü qeyd edərək uşaqların hansı səbəbdən vəfat etdiyinin araşdırıldığını vurğulayıb:

 

"Xəstəliyin təsbit edilməsi və qarşısının alınması üçün məktəb rəhbərliyi ilə danışacağam”. 

Həkimlər də ölən şagirdlərin yoluxduğu xəstəliyin gizli olduğunu və diaqnozu qoya bilmədiklərini qeyd ediblər.