Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

4 mərtəbəni 1 dəqiqəyə çıxa bilmirsizsə - Hansı xəstəlikdən şübhələnməli?

  • 2022.02.28 15:12
  • 2309 Baxış
4 mərtəbəni 1 dəqiqəyə çıxa bilmirsizsə  - Hansı xəstəlikdən şübhələnməli?

İspaniyanın La-Korunye şəhərinin universitet hospitalının alimləri ürəyin sağlamlığının sərbəst yoxlamağın sadə üsulunu təklif ediblər.

Medicina.az xəbər verir ki, həkimlər binanın 4-cü mərtəbəsinə çıxmaqla ürəyin vəziyyətinin necə olduğunu örgənmək imkanı olduğunu bildiriblər.

Qeyd olunub ki, dördüncü mərtəbəyə qalxmaq üçün tələb olunan vaxtı ölçmək lazımdır.

"Əgər bunun üçün sizə bir dəqiqə yarım vaxt lazımdırsa, sağlamlıq səviyyəniz aşağıdır", - həkim Xesus Peteyro qeyd edib.

Mütəxəssislər əmindirlər ki, əgər yuxarı qalxma vaxtı bir dəqiqə ətrafındadırsa, insan bundan sonra naxoşluq və ya güclü təngnəfəslik hiss etmirsə, onda narahatlıq üçün səbəb yoxdur.

Həkimlərin sözlərinə görə, bu metod mütəmadi ixtisaslaşmış müayinələrdən keçmək zəruriliyini istisna etmir, lakin ürək-damar sistemi ilə bağlı problemlər zamanla özünü göstərə bilər. /milli.az/