İlk dəfə bu gün 2010-cu ildə Avropada qeyd edilib, daha sonralar bu tarix qloballaşaraq Ümumdünya Piylənmə ilə Mübarizə Günü kimi qeyd olunub.
Bu günün qeyd olunmasında məqsəd xüsusilə indi – COVID-19 pandemiyası dövründə artıq çəki və piylənmə ilə mübarizə aparmaq üçün əhali arasında maarifləndirmə işlərini artırmaq, bilik və bacarıqları inkişaf etdirməkdir.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən əhali arasında bu istiqamətdə geniş maarifləndirmə aparılır, sağlam və balanslı qidalanmaya dair tövsiyələr verilir, müxtəlif tədbirlər təşkil olunur, çap materialları hazırlanaraq paylanılır.
Unutmayaq: sağlam həyat tərzi seçərək, düzgün qidalanma vərdişlərinə yiyələnərək bədən çəkisinə nəzarət etmək mümkündür.
“Son 20 ildə ölkədə uşaq və yeniyetmələr arasında çəki artımı, piylənmənin artdığı müşahidə olunur”.
Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova deyib.
O bildirib ki, buna birinci səbəb “fastfood” restoranları və qərb mətbəxinin ölkəyə daxil olmasıdır: “İkinci səbəb müasir texnologiyaların həyatımıza girişidir. 2019-cu ildə ilkin dispanser qeydiyyatına 1234 nəfər alınıb, onlardan 667 nəfəri 0-17 yaşlı uşaqlardır. Ümumilikdə qeydiyyatda olan 5 591 nəfərdən 1 291-i 0-17 yaşlı uşaqlar olub. Tendensiya artmağa doğru gedir”.