Bakıda Artromed klinikasında burun əməliyyatı keçirən Günel Kəmaləddin qızı Məmmədova cərrah İdrak Əhmədovdan şikayətçidir.
“Medicina” xəbər verir ki, qadın 2022-ci ildə burun çəpər əylirindən Artromeddə əməliyyat olunub.
5 aya burnu sıradan çıxan və çürüyən qadın yenidən cərraha üz tutub. İdrak Əhmədov bu dəfə buruna iynə vurub.
Ondan sonra burun deformasiyaya uğrayıb, iybilmə itib. Günel cərrahdan ya pulunun geri qaytarılmasını, ya da yenidən əməliyyat edib burnunu düzəltməsini tələb edib.
“Mürariət etdirim digər həkimlər əməliyyatın səhv olduğunu, burnumun əti, siniri, qığırdaqlarının deformasiyaya uğradığını, bu burunu düzəltmək üçün əlavə əməliyyat və külli miqdar pul lazım olduğunu dedilər.
Mən əməliyyat haqqı olara 4500 manat ödəmişdim. Bununla bağlı klinikanın rəhbərliyinə şikayət etdim. Estetik cərrahiyə şöbəsinin müdiri Mais həkim dedi ki, problem həllini tapacaq. Onun sentyabrın 25-nə qədər pulumun qaytarılacağını bildirdi. Artıq oktyabr ayıdır. Nə Mais, nə İdrak həkim cavab vermir. Əksinə orda həkimlər birləşib məni təhqir edib hədələdilər.
Qeyd edək ki, sözü gedən həkim cərrah İdrak Əhmədov 3-4 il öncə Daxili İşlər Nazirliyinin hospitalında işləyib.
O, 2019-cu ildə həmin hospitalda tibb bacısı işləyən Sevinc Qəribovanı burun əməliyyatı etmiş və xəstə ölmüşdü. Faktla bağlı araşdırılma aparılmış, İdrak Əhmədov Daxili İşlər hospitalından qovulmuşdu.
Lakin sonradan həkimin cəzasının nə olması aydın olmayıb.
Həkim yenidən əməliyyatlar keçirib, bu dəfə o, özəl klinikaları seçib. Sonuncu dəfə də Artromed klinikasında çalışıb.
Araşdırmamız zamanı İdrak Əhmədovun Xəyalə Məmmədova adlı gənc xanımın da burnunu pis vəziyyətə qoyduğu, pasiyentin şikayət etdiyi və pulunu istədiyi məlum olub.
Aygün Musayeva