2005-ci ildən Beynəlxalq xərçənglə mübarizə birliyi tərəfindən 4 fevral tarixi əsrin ən qorxulu bəlası olan xərçəngin müayinəsi, müalicəsi, mübarizəsi günü kimi qeyd olunur.
Dünya Səhiyyə Təşkilatı yaxın 20 ildə xərçəngin 2 dəfə artıq çox yayılacağını proqnozlaşdırır. Hazırda infarkt və insultdan sonra 3-cü yerdə ölüm sayına görə yer alan onkoloji xəstəliklər hər il 8 milyon insanın həyatına son qoyur.
Bu gün insanları heç olmasa ildə bir dəfə onkologiyaya diqqət ayırıb, vaxtında müayinəyə cəlb etməyə səsləyir. Ekspertlərin dediyinə görə, 40% hallarda fiziki aktivlik, keyfiyyətli, düzgün qida, siqaret və alkoqoldan uzaq olmaqla xərçəngə yoluxmanı önləmək olar. Bu gün xərçəng yaradan səbəblər siyahısında birinci yerdə tütün məmulatları durur. Hər il tütün səbəbi xərçəngdən 1,5 milyon insan ölür. Siqaret çəkmək nəinki ağciyərlərin, həmçinin boğaz, qırtlaq, dil, sidik kisəsi, mədə, mədəaltı vəz xərçənginə səbəb olur.
Bütün onkoloji xəstəliklərin 5-7%-i xroniki infeksiyaların, virusların, papilommaların payına düşür.
Ona görə də xroniki iltihabi və infeksion xəstəlikləri vaxtında aşkarlayıb müalicə etdirmək lazımdır.