Bir çoxlarımız ədviyyatdan yeməklərimizin dadlı olması üçün istifadə edirik. Amma bəzi ədviyyatlar var ki, bunlar təkcə yeməklərimizə dad verib ağzımızın dadını dəyişmir, eyni zamanda beynimizə müsbət təsir edərək zehnimizi aydınlaşdırır. Medicina.az xarici mətbuata istinadən bu ədviyyatlar haqda daha ətraflı məlumat verir.
Zəfəran: zəfəran bitkisi istehlak edildikdə depressiyayla mübarizə aparıb, eyni zamanda öyrənmə və yaddaş qabiliyyətini də inkişaf etdirir. Araşdırmalara görə, zəfəran kiçik və orta dərəcəli depressiyanı müalicə etməkdə uğurlu nəticələr verir.
Sarıkök: sarıkökə sarı rəngini verən kurkumin adlı maddə, antioksidant xüsusiyyət göstərən bir fermenti ehtiva edir. Bu ferment damarlarda və o cümlədən beyin damarlarında xolesterenin yığılmasını əngəlləyir. Həmçinin iltihab önləyici xüsusiyyəti olan sarıkök, xərçənglə mübarizə aparır və zehni açır.
Adaçayı: adaçayında olan maddələr alzheimer müalicəsində istifadə edilən dərmanların tərkibləri ilə çox oxşardır. Araşdırmalar zamanı sübut olunub ki,yalnız 50 mikro litrə qədər adaçayı yağı yaddaşı əhəmiyyətli dərəcədə inkişaf etdirir.
Darçın: darçın qoxusu da zehni açır. Hətta darçın tərkibli saqqız da yaddaşı, diqqəti və fikrin toplanmasını inkişaf etdirir. Şəkər səviyyəsini tənzimləyir, qan və limfa xərçəngi hüceyrələrinin çoxalmasının qarşısını alır, trombositlərin laxtalanmasına mane olur, antibakterial xassə göstərərək infeksiyaların qarşısını alır.