İstifadəsinə icazə verilən 4-cü koronavirus peyvəndi “Johnson & Johnson” Avropa ölkələrində 19 apreldə tətbiq ediləcək.
Medicina.az xəbər verir ki, tək dozalıq olan bu vaksin hazırda ABŞ və Cənubi Afrikada tətbiq edilir. “Johnson & Johnson”ın verdiyi məlumatlara görə, vaksin koronovirusun mutasiyalarına qarşı da qoruyur.
Dünyada 40 min insan üzərində aparılan çalışmalara əsasən, vaksin ağır hallarda 84.5, orta dərəcəli yoluxma hallarında isə 66 faiz təsirlidir.
Qeyd edək ki, digər vaksinlərlə müqayisədə, çox soyuqda saxlanılması gərəkməyən peyvənd digər ölkələrə ixracı da asanlaşdırır.