Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"4-cü doza insanların öz istəyi ilə vurula bilər" - Yaqut Qarayeva

  • 2021.11.03 17:20
  • 2006 Baxış
"4-cü doza insanların öz istəyi ilə vurula bilər" -  Yaqut Qarayeva
"Hazırda ölkəmizdə yalnız vaksinin 2-ci dozasından 6 ay keçdikdən sonra “buster” dozaların vurulması tövsiyə olunur".

Medicina.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva bildirib.

"4-cü dozanın vurulması (revaksinasiya) hələ ki, nə Azərbaycanda nə də heç bir digər ölkədə planlı şəkildə tətbiq olunmur. Eyni zamanda, qeyd olunmalıdır ki, revaksinasiya, yəni 4-cü dozanın vurulması ilə bağlı hər-hansı əks-göstəriş yoxdur və ölkəmizdə 4-cü doza insanların öz istəyi ilə vurula bilər", - Y.Qarayeva bildirib.