Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

4-cü dərəcə xərçəngi belə məğlub etdi

  • 2023.07.05 17:09
  • 1535 Baxış
4-cü dərəcə xərçəngi belə məğlub etdi
"Terminal" xərçəng diaqnozu qoyulan Lyuk Grenfell xəstəliyin öhdəsindən gələ bilib. Ona 2018-ci ildə ağciyərlərə yayılan aqressiv mərhələ sarkoma diaqnozu qoyulub. Lyuk o vaxt 24 yaşında idi.


“Medicina” xəbər verir ki, xəstə idmanla “sağalmaz” 4-cü mərhələ xərçəngə qalib gəlib..

Sarkoma sümüklərdə və birləşdirici toxumalarda əmələ gələn nadir bədxassəli şiş növüdür.
Lyuk hesab edir ki, məşq onun xərçəngini "öldürdü.


“Miladda öləcəyimə əmin idim. Beş ildən sonra yaşamaq xəyallarımdan kənardadır. Mən həmişəki kimi sağlamam”.
Qorxunc diaqnozu aldıqdan sonra Lyuka kimyaterapiya, şüalanma və cərrahiyyə kombinasiyası verildi.

Buna dözmək çox çətin idi. Ancaq zəifliyinə baxmayaraq, xəstə təslim olmamaqda qərarlı idi və tədricən məşqlərlə məşğul olurdu. Onun sözlərinə görə, həkim onu xəstəxana otağında “velosiped sürərkən” görürdü..


O, qəti şəkildə inanır ki, gündə 20-30 dəqiqə gəzmək və xəstəxanadan kənarda gündə ən azı 30 dəqiqə yüngül idman etmək həyatını xilas edib.

Tədqiqatın iştirakçısı, professor Rob Nyutonun sözlərinə görə, prostat vəzi xərçəngi və ehtimal ki, hər hansı bir xərçəng növü olan xəstələrə bədəndə xərçəng hüceyrələrinin çoxalmasını maneə törədən kimyəvi mühiti saxlamaq üçün hər gün idman etmək lazımdır.


Aynurə Məmmədova