Cari ilin dörd ayı ərzində Azərbaycanda 193 yeni HİV-ə yoluxma halı qeydə alınıb.
Medicina.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşkilati-metodiki işlər şöbəsinin müdiri Eldəniz Muradov deyib.
Onun sözlərinə əsasən, onlardan 193 nəfəri Azərbaycan vətəndaşı, beşi isə əcnəbidir.
"HİV-ə yoluxan Azərbaycan vətəndaşlarından 123 kişi, 65-i isə qadındır. 1987-ci ildən bu günə kimi HİV infeksiyasından 904 nəfər dünyasını dəyişib. 2018-ci ildə isə QİÇS-dən 16 nəfər ölüb".