2020-ci ilin 4 ayı ərzində Azərbaycanda 196 nəfər İİV-yə yoluxub.
Medicina.az xəbər verir ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin statistik məlumatına görə, qeydiyyata alınmış 196 Azərbaycan vətəndaşından 131-i (66,8%) kişi, 65-i (33,2%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçənlərin sayı 38 nəfər olub. Həmin müddətdə İİV infeksiyasından 14 nəfər həyatını dəyişib.
İİV-yə yoluxma yolları isə aşağıdakı kimi olub: 30 nəfər (15,4%) parenteral kontakt, 150 nəfər (76,5%) heteroseksual kontakt, 12 nəfər (6,1%) homoseksual kontakt.
Yoluxanlardan 191 nəfəri antiretrovirus terapiya müalicə başlayıb.