Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

39 yaşlı kişi 23 yaşındakı kimi görünməyinin sirrini açdı

  • 2023.05.25 11:00
  • 2034 Baxış
39 yaşlı kişi 23 yaşındakı kimi görünməyinin  sirrini açdı
Nyu-York sakini Kris Mirabile bioloji yaşı ən azı on il azaltmaq üçün sadə və sərfəli üsul tapdığını iddia edir.

Onun sözlərinə görə, yuxuya, pəhrizə, idmana riayət etmək və bədəndəki qida maddələrinin balansına nəzarət ona 39 yaşında 23 yaşında görünməyə kömək edib.

“Medicina” xəbər verir ki, kişi gənc görünməyin ən təsirli yollarının pulsuz olduğunu sübut edib.

O, gəncliyin qorunub saxlanması məsələsini 16 yaşında beyin şişi olandan və bir müddət yataq xəstəsi olduqdan sonra fəal şəkildə öyrənməyə başladığını bildirib.

“Gündəlik həyatımda 90 faiz sağlam qidalanıram, 10 faizində isə bir az dincəlməyə icazə verirəm.

Həftə sonları suşi, şokoladlı piroq, pizza və ya tiramisu yeyə bilərəm, lakin o, heç vaxt bir gündə iki dəfə “zərərli” yemək yemir. Bundan əlavə, səhərlər o, dörd fincana qədər qəhvə içir və bəzən də spirtli içkilər qəbul edir”.

Eləcə də o, tibbi müayinədən keçib, vacib element və vitaminlərin defisitini tabletlərlə doldurmağı məsləhət görüb.

Aynurə Məmmədova