İtaliyada oktyabr ayından etibarən qripə yoluxma nəticəsində 39 nəfər dünyasını dəyişib.
Medicina.az xəbər verir ki, bu barədə İtaliyanın Ali Səhiyyə İnstitutunun (ISS) açıqladığı həftəlik "FluNews-Italia” bülletenində bildirilib.
Bülletendə verilən məlumata əsasən, ölkədə bu mövsümdə qriplə bağlı 191 ağır hal qeydə alınıb, qripdən dünyasını dəyişənlərin əksəriyyətinin yaşı 50-dən yuxarı olub.
Bildirilib ki, ötən həftə 725 min nəfərin qripə yoluxması nəticəsində bu mövsümün əvvəlindən virusa yoluxanların ümumi sayı 3,6 milyon nəfər təşkil edib.