Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

38 yaşlı qadın həyatdan yorulub – qocalar evinə getdi

  • 2024.08.06 17:19
  • 957 Baxış
38 yaşlı qadın həyatdan yorulub  – qocalar evinə getdi
Çində 38 yaşlı qadın həddən artıq yorulduğu və özünü qoca hiss etdiyi üçün qocalar evinə yerləşmək üçün müraciət edib.


“Medicina” xəbər verir ki, Mon Yan adlı qadın xroniki tükənmə diaqnozu ilə xəstəxanada müalicə aldıqdan sonra həkimlər ona uzun müddət dincəlməyi tövsiyə edib.


Həyatdan bezən və artıq əvvəlki kimi yaşamaq istəməyən qadın qocalar evinə yerləşib, səs-küydən uzaqlaşıb, özünü bərpa etmək qərarına gəlir.


“Şəhərdə evimdə küçədəki kiçik bir səsə oyanırdım, yata bilmirdim. İşə də getmirdim, tez-tez xəstələnirdim. Burda isə mən səhər də, gecə də rahatam”.


Gənc olduğu üçün dövlət onun qocalar evində yaşayış xərcini çəkmədiyi üçün Yan öz hesabına burda qalır.


O, hər ay bura 350 dollar ödəyir. Pansionat maral, ceyran, gözəl quşlarla dolu olan bağdan ibarətdir. Yan burda 6 aya çox dəyişdiyini etiraf edir.

Aygün Musayeva