Gürcüstanda ötən sutkada daha 362 nəfərə koronavirus diaqnozu qoyulub, 12 pasiyent vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyə qədər COVID-19-a yoluxanların sayı 269 800-ə, ölənlərin sayı isə 3 475-ə çatıb.
Son 24 saat ərzində xəstəlikdən sağalanların sayı 470 nəfər artaraq 263 727-yə yüksəlib.