Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

36 yaşlı kişidə 20 sm-lik tromb tapıldı

  • 2024.03.07 18:45
  • 1251 Baxış
36 yaşlı kişidə 20 sm-lik tromb    tapıldı

Moskvada Mıtişinski şəhər xəstəxanasının həkimləri 36 yaşlı kişidə nəhəng tromb aşkarlayıblar.


“Medicina” xəbər verir ki, pasiyentin 2 əsas şikayəti var idi: keyimə, uyuşma və kəskin ağrı.


Müayinələr dizaltı arteriyada uzun bir tromb aşkarlayıb.


Həkimlər təcili olaraq, əməliyyatla 20 sm-lik trombu arteriyadan çıxarıblar. Əməliyyat 6 saat davam edib.

Pasiyentin ayağını qorumaq mümkün olub.

Tromboz – damarın içində qan laxtasından trombun yaranmasıdır. Bu ciddi vəziyyətdir və ölümlə nəticələnə bilər.

Trombun simptomları:

- Tromb yaranan sahədə qızartı, şiş

- Ağırlıq hissi

- Yanma hissi

- Həmin damarda pulsasiyanın olmaması

Yaşı 40-dan yuxarı olanlar risk qrupundadır.


Aygün Musayeva