Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

35 yaşdan yuxarı olanlar üçün hepatoloq tövsiyəsi

  • 2020.04.20 13:21
  • 3106 Baxış
35 yaşdan yuxarı olanlar üçün hepatoloq tövsiyəsi
Təəssüf ki, yediyimiz və bəyəndiyimiz şeyləri heç də hər zaman qaraciyərimiz sevmir.

Bir qayda olaraq, bu çox yağlı və çox qızardılmış şeylərdir. Qaraciyərin sevdiyi şeylər də bizim tərəfimizdən sevilmir. Məsələn, nadir hallarda kişilər dənli bitki yeyir. Ama hər cür xəmir xörəkləri və köftələr sevirlər, üstəgəl alkoqol.
Ancaq nəzərə almaq lazımdır ki, bir qaraciyərimiz var və onu ən az ürək qədər qorumaq lazımdır.


Bu mövzuda yenidən həkim-hepatoloq danışır və qaraciyər üçün faydalı olan qidalar haqqında məlumt verir.

Yulaf və un
Yulaf kəpəyi qaraciyər üçün xüsusilə faydalı olan bioloji aktiv beta-qlükanlarla zəngindir. Onlar da immuniteti artırır, həmçinin müxtəlif iltihablarla mübarizə aparır və obezlik və diabet xəstəliyi ilə mübarizədə effektivdir.
Ayrıca, yulaf liflərlə zəngindir, bu da həzmə kömək edir və xüsusi yulaf lifləri qaraciyərin faliyyətini gücləndirir. Bütün yulaf taxıllarından istifadə edərkən çalışın özünüz hazırlayın, çünki hazır yulaf kəpəkləri zərərli əlavələr və şəkər ehtiva edə bilər.

Sarımsaq
Rasionda sarımsağın olması çəki azaltmağa kömək edir, yağları əridir və qaraciyəri stimullaşdırır.

Yaşıl çay
Yaşıl çay içmək, yağ əritməyə kömək edir, oksidləşdirici stressi azaldır və qaraciyər piylənməsinə qarşı mübarizə aparır.

Giləmeyvə
Moruq, qarağat, zoğal kimi bağ və meşə giləmeyvələrində qaraciyəri zərərlərdən qoruyan çox miqdarda antioksidan - polifenollar var. Bundan əlavə giləmeyvələri yemək olaraq tez-tez istifadə etmək, immuniteti artırır.

Qreypfrut
Qreypfrutun tərkibində yüksək miqdarda antioksidant var. Qaraciyərimizi yaralanmalardan qoruyur, iltihabı aradan qaldırır və qaraciyər hüceyrələrini qoruyur. Bunlar qaraciyəri piylənmədən qoruyur və yağ yandıran fermentlərin istehsalını artırır.

Üzüm
Tərkibi üzüm olan hər hansı bir şeyi yeyə bilərsiniz - giləmeyvə, suyu, üzüm toxumu (yağ). Üzümdə bir çox antioksidan var, qaraciyəri iltihabdan və digər zərərlərdən qoruyur.

Digər meyvə və tərəvəz
Bu məhsulları qida üçün nə qədər çox istifadə etsəniz, qaraciyəriniz bir o qədər yaxşı olar.

Aşağıdakı tərəvəz və meyvələr qaraciyər üçün xüsusilə faydalıdır:

çuğundur
avokado
brokoli
əncir
yerkökü
kələmin müxtəlif növləri
limon
göyərti
qarpız

Zeytun yağı
Yağların hamısı bizim üçün zərərli deyil, qaraciyərin bərpası üçün faydalı olanlar var. Yeməkdə zeytun yağının istifadəsi qaraciyərin fəaliyyətini yaxşılaşdırır, həmçinin tərkibində çox miqdarda doymamış yağ turşuları olduğundan oksidləşdirici stressi azaldır.

Fındıq
Fındıqda doymamış yağ turşuları, qaraciyər xəstəliklərinin qarşısını almağa kömək edən antioksidanlar və E vitamini var. Gündə bir ovuc badam və ya qoz qaraciyəri yaxşı vəziyyətdə saxlayır.