Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

35 yaşdan sonra hər bir qadının qəbul etməli olduğu qida əlavələri

  • 2024.02.24 21:39
  • 1630 Baxış
35 yaşdan sonra hər bir qadının qəbul etməli olduğu qida əlavələri
Müasir dövrdə yaxşı qidalanmaq belə sağlam olmağa zəmanət vermir.

Medicina.az xarici mediaya istinadən bildirir ki, artıq bir çox qida kifayət qədər vitamin və mineral ehtiva etmədiyi üçün qida əlavələrinə müraciət edənlərin sayı durmadan artmaqdadır. Nəzərə alsaq ki, bir çox insan meyvə, tərəvəz, balıq və ət məhsullarını tövsiyə olunan miqdarda istehlak etmir, qida əlavələrinin əhəmiyyəti daha da artır. Üstəlik, bədənimiz yaşlandıqca və hormon səviyyələrimiz dəyişdikcə, qidalanma ehtiyaclarımız da dəyişir.


Ekspertlər bildirirlər ki, xüsusilə 35 yaşdan sonra, əsasən də qadınlar qida əlavələrindən istifadə etməlidirlər. Qadınların menstrual dövrdən menopoza gedən dövrdə unikal qidalanmağa ehtiyacları var. Lakin hansı əlavələrə ehtiyac duyduğunuzu tapmaq heç də asan məsələ deyil. Çünki qida əlavəsi sənayesi 30 milyard dollar dəyərindədir və 30.000-dən çox məhsulu əhatə edir.

Ekspertlər 35 yaşdan sonra aşağıdakı qida əlavələrini istifadə etməyi məsləhət görürlər. Ancaq mütləq həkimlə məsləhətləşmək tövsiyə olunur.

1.Balıq yağı
2. Vitamin D3
3. Vitamin K2
4. Fol turşusu
5. Kolin
6. Lutein və Zeaksantin


Gül