Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

3000-dən artıq talassemiyalı xəstə var

  • 2018.05.08 22:36
  • 12280 Baxış
3000-dən artıq talassemiyalı xəstə var
"Hazırda Azərbaycanda 3000-dən artıq talassemiyalı xəstə var".

 

Medicina.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov deyib.


V.Hüseynovun sözlərinə görə, son 5 ildə mərkəzdə 55 xəstəyə sümük iliyinin transplantasiyası əməliyyatı icra olunub:

 

"Onların böyük əksəriyyəti talassemiyalı xəstələr olub. Alınan nəticələr dünyadakı nəticələrlə yanaşıdır. Gələcəkdə qoyulan hədəflərdən biri toxuma uyğunluğu registrinin formalaşdırılmasıdır. Bu da donor tapa bilməyən xəstələrə donor tapılmasına kömək edəcək".


 

Həmçinin ölkədə təxminən 1 milyona yaxın talassemiya daşıyıcısının olduğunu qeyd edib:


 

"İki daşıyıcı insan ailə qurarsa, onların övladlarının xəstə doğulması riski çox böyükdür. Ölkədə nikahdan qabaq müayinələrin aparılması nəticəsində xəstə uşaqların doğulmasının sayında ciddi azalma müşahidə olunur".